Avropanın ən böyük bankının mənfəəti təxminləri üstələyib

”HSBC Holdings Plc”nin 3-cü rüb üzrə mənfəəti bankın CEO-su Stuart Gulliverin xərcləri azaltması və investisiyaları gücləndirməsi səbəbilə, ekspertlərin təxminlərini üstələyib. Bu barədə Bloomberg məlumat verib.

Avropanın ən böyük bankı tərəfindən verilən açıqlamaya əsasən, vergilər ödənilmədən əvvəlki mənfəət ötən ilin eyni vaxtına aid olan 5,59 milyard dollarlıq göstəricidən 7%-lik artım əldə edərək, təxmini 6 milyard dollara çatıb. Ekspertlər isə bankın mənfəətinin 5,29 milyard dollar olacağını gözləyirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır