Avropanın ən yaxşı bankiri müəyyən olunub

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Avropanın ən yaxşı Mərkəzi Bank rəhbəri seçilib. Nabiullinanın bu ada layiq görülməsi Rusiyanın inflyasiya göstəricisini effektiv tənzimləməsilə bağlıdır.

Britaniya jurnalının məlumatına əsasən, 2016-cı ilin sonunda inflyasiya göstəricisi 6%-dən aşağı olub. 2015-ci ildə bu göstərici 12,9% idi.

Qeyd edək ki, Elvira Nabiullina 2007-ci ilin sentyabrından 2012-ci ilin mayına qədər Rusiyanın iqtisadi inkişaf və ticarət naziri vəzifəsində çalışıb. 2013-cü ilin iyunundan etibarən isə Mərkəzi Bankın rəhbəri vəzifəsini icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır