Avrozonada illik inflyasiya göstəricisi artıb

“Eurostat”ın açıqlamasına əsasən, 19 üzv ölkəyə sahib olan Avrozonada avqust ayında ayında illik inflyasiya göstəricisi 1.5% səviyyəsində müəyyən olunub. Belə ki, bu göstərici  iyul ayı ilə müqayisədə 1.2% artıb.

Bildirilir ki, 28 üzvlü Avropa Birliyində iyulda 1.5 % olan illik inflyasiya göstəricisi 1.7%-ə qədər yüksəlib.

Qeyd edək ki, iyul ayı ile müqayisədə avqust ayı üzrə illik inflyasiya 20 ölkədə artıb, 5 ölkədə sabit qalıb ve 3 ölkədə isə azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır