Avrozonada illik inflyasiya sabit qalıb

“Eurostat”açıqlamasına əsasən, 19 üzv ölkəyə sahib olan Avrozonada iyul ayında ayında illik inflyasiya göstəricisi 1,3% səviyyəsində müəyyən olunub. Belə ki, bu göstərici  iyun ayı ilə müqayisədə sabit qalıb.

Açıqlamada bildirilir ki, iyulda illik inflyasiya 2017-ci ilin iyun ayı ilə müqayisədə 4 avropa ölkəsində aşağı düşüb. 8-də sabit qalıb və 16-da yüksəlib. İrlandiya və Kiprdə müvafiq olaraq 0,2% və 0,1% deflyasiya qeydə alınıb, Bolqarıstan və Finlandiyada qiymətlər 0,6% artıb.

Qeyd edək ki, ən yüksək inflyasiya tempi Litva (4,1%), Estoniya (3,9%), Latviya və B.Britaniyada (2,6%) müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır