Avrozonada inflyasiya sürətlənib

Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının 8 dekabr tarixində həyata keçirəcəyi iclas qabağı sürətlənib.

Avropa Birliyinin Lüksemburqda yerləşən Statistika Ofisi tərəfindən verilən açıqlamaya əsasən, istehlakçı qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% artıb. Ötən ay bu artım 0,5% səviyyəsində idi. Mövsümi dəyişikliklərdən təmizlənmiş inflyasiya isə 0,8% səviyyəsində dəyişməz qalıb.

UniCredit-in baş iqtisadçısı Marco Valli bu göstəricilərin Avropa Mərkəzi Bankının genişləndirici pul siyasətini davam etdirməsini göstərdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır