Avrozona iqtisadiyyatı 2016-cı il üzrə ən sürətli artıma nail olub.
“IHS Markit” tərəfindən verilən açıqlamada Avrozonada İqtisadi Aktivlik İndeksinin (PMI) oktyabr ayında 53,7-ə yüksələrək, 2016-cı il üzrə ən yüksək həddə çatıb.
Bu haqda Bloomberg məlumat verir.
“IHS Markit” in baş iqtisadçısı Chris Williamson: “Avrozonada bu artım gələcəkdə daha da inkişaf olacağına işarədir. Bu göstərici Avropa Mərkəzi Bankının aktiv alışı proqramının azalacağı yönündəki spekulyasiyaları da gücləndirəcək”-deyə bildirib.