Avrozonada pərakəndə satışlarda artım qeydə alınıb

Avrozonada pərakəndə satışlar oktyabr ayında ötən ayla müqaisədə 1,1% artımla 2014-cü ilin avqust ayından sonrakı ən yüksək həddə çatıb.

Avropa İttifaqının Statistika Komitəsi bununla bağlı açıqlamasında bildirib ki, illik müqaisədə artım 2,4%   qeydə alınıb.

Pərakəndə satışların artımında hazır geyim və elektronika məhsulları başda olmaqla qida xaricindəki məhsullara olan tələbin yüksəlməsi təsir edib.

Bəzi iqtisadçılar , istehlak xərclərindəki bu artımın Avrozonada 4-cü rübdə  iqtisadi böyüməyə müsbət təsir edəcəyini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır