Avrozonada iqtisadi fəaliyyət fevral ayında gözlənilməz şəkildə 6 ilin zirvəsinə çatıb.
Bu haqda Bloomberg məlumat yayıb.
Təchizatçıların güvən indeksi (PMI) 54.4-dən 56.0-a yüksəlib. İndekslə bağlı proqnozlar 54,3 yönündə idi.
Qeyd edək ki, PMI göstəricisi sahibkarların iqtisadiyyata inamını bildirir. Bu göstəricinin 50-dən yuxarı olması sahibkarların iqtisadiyyat haqqında düşüncələrinin müsbətyönümlü olmasını ifadə edir.