2016-cı il ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 24 197 sığorta tələbi üzrə 28,8 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
2015-ci il ilə müqayisədə sığorta şirkətləri tərəfindən həyata keçirilən sığorta ödənişlərinin məbləğində 27% artım müşahidə edilmişdir. 2016-ci ildə nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 158 manat təşkil etmişdir.