AVSMMİS üzrə 84 898 elektron sığorta müqaviləsi qeydiyyata alınıb

Cari ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 84 898 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

Bunlardan 13 427 müqavilə xarici ölkələrdə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 666 001 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 31% artım, sığorta haqlarının məbləğində isə 28% artım müşahidə edilib.

1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır