“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyi rəhbər tutaraq Bu Qanunun 50-3-cü maddəsinin tələbinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmalıdır.
1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün yeni icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılacaqdır.
Qeyd edək ki, 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.
Xatırladaq ki, Elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir.