Alman və amerikan avtomobil istehsalçıları “Volkswagen AG” və “Ford Motors” ortaq istehsala başlayacaqlarını elan ediblər.
Bu barədə, Detroit Avtomobil Sərgisində mətbuata açıqlama verən nəhənglər tərəfdaşlıq çərçivəsində ilkin olaraq, mikroavtobus və pikap maşınlarının istehsalını planlaşdırırlar.
“Volkswagen AG” baş icraçı direktoru Herbert Diess ortaq istehsalın “Ford Motors”-un Türkiyədə yerləşən zavodunda həyata keçirilməsinin alternativlər arasında olduğunu bildirib.
Əməkdaşlığın 2022-ci ildən qüvvəyə minməyi gözlənilir.