Avtomobillərin idxalı 82%-dək azalıb

Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, 2016-cı ilin yanvar-noyabr ayları ərzində cəmi idxal olunmuş avtomobillərin sayı 4 820 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 81,2% azalıb.  Ötən il idxal olunan avtomobillərin sayı 25 647 ədəd təşkil edib.

Qeyd edək ki, sərnişin daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və motorlu nəqliyyat vasitələrinin həcmi 4 194 ədəd olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır