“AXA MBASK” sığorta şirkətinin səhmdarlarının yığıncağının təfərrüatı məlum olub.
13 dekabr 2016-cı il tarixdə İstanbul şəhərində baş tutmuş Səhmdarların Ümumi Yığıncağında Şirkətin Direktorlar Şurasının iki üzvü- Elxan Qəribli və Frederic Flejou və İdarə Heyətinin bir üzvü- Ceyhun Qurbanlının vəzifə müddətləri uzadıldı.
Həmçinin, eyni tarixdə “AXA MBASK” Sığorta Şirkətinin Direktorlar Şurasının iclası keçirilib. İclasda, Direktorlar Şurası Şirkətin illik nəticələrindən və ümumi idarəçilikdən məmnun olduğunu bildirdilər.
Mənbə: fins.az