Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev yanvarın 26-da saat 11:30-daBiləsuvar şəhərində Biləsuvar Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.
BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən-Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Cəbrayılrayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qeyd edək ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 25-i saat 11:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
DGK Mətbuat Xidməti