Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Çexiyanın Sənaye və Ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə bildirilib ki, Çexiya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir, müxtəlif layihələrdə podratçı qismində iştirak edirlər. Maliyyə sahəsində əməkdaşlıq çərçivəsində Çexiya bankları tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanda infrastruktur və nəqliyyat sahəsində həyata keçirilən 7 layihədən 5-nin icrası başa çatıb, 2 layihənin icrası isə davam edir. Şahin Mustafayev Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi üçün fikirlərini bölüşərək bildirilib ki, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.
Qeyd edək ki, Azərbaycanda çex kapitallı 19 şirkət fəaliyyət göstərir və indiyədək Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər.