Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 5-ci İnvestorlar Yarmarkası keçiriləcək

 6 oktyabr 2017-ci il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 5-ci İnvestorlar Yarmarkasının keçirilməsi planlaşdırılır. Belə ki, yarmarka Azərbaycana xarici investorların cəlb edilməsi və mikromaliyyə sahəsində mövcud olan yeni xidmət sahələrinin təqdim etmək məqsədilə təşkil olunur.

 Tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, Bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatlarının da iştirakı gözlənlir. Bundan əlavə ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.

Qeyd edək ki, konfrans iki dildə (azərbaycan-ingilis, ingilis-azərbaycan) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır