Azərbaycan və Özbəkistan arasında görüş keçirilib

İyunun 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycana səfərə gələn Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Muydjon Toxiriyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunulub, ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb. DGK sədri A.Əliyev bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və özbək həmkarının Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

M. Toxiriy qeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır