Azərbaycanda yeni azad ticarət zonası yaradılır

İqtisadiyyatın stimullaşdırılması və xarici investorların ölkəyə cəlb edilməsi məqsədilə Azərbaycanda azad ticarət zonasının(ATZ) yaradılmasına başlanılıb. İqtisadiyyat Nazirliyinin Sənayə şöbəsinin müdiri Murad Abdullayev bildirib ki, ATZ tipli xüsusi iqtisadi zonanın  Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılması planlaşdırılır və yaxın illərdə əraziyə xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulub.Bu layihəyə əsasən, ticarət limanı ərazisində nəqliyyat və logistika infrastrukturu qurulacaq, neft-kimya və farmasevtik klasterlər yaradılacaq. Həmçinin, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması kimi işlər də həyata keçiriləcək.

Sahibkarlığı dəstəkləmək və iqtisadiyyatı inkişaf etdirmək məqsədilə, ərazidə sadələşdirilmiş, güzəştli gömrük və vergi prosedurunun tətbiq edilməsi nəzərdə tutulur. Qeyd edək ki, azad ticarət zonası ölkə qanunvericiliyində daha az öhdəliyə sahib olacaq və iqtisadi prosseslərə dövlət müdaxiləsinin miqyası az olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır