Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Avropa İttifaqının payına düşür

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən 2016-cı ilin I rübündə xarici ticarət dövriyyəsi 3.6 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bunun da 1.78 mlrd. ABŞ dolları ixracın, 1.83 mlrd. ABŞ dolları isə idxalın payına düşmüşdür.

Dövr ərzində 140 ölkə ilə ticarət əməliyyatları həyata keçirilmişdir.

Ticarət dövriyyəsinin 42%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşmüşdür. Aİ ilə ticarət əlaqələrinin 30%-i İtaliya, 16%-i Almaniya, 15%-i Fransa, 9%-i isə Çexiya ilə həyata keçirilmişdir. MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 12% olmuşdur. Bu istiqamətdə ticarət dövriyyəsinin 60%-i Rusiya, 10%-i Ukraynanın payına düşmüşdür. Ticarət əlaqələrinin 39%-i digər ölkələrlə saxlanılmışdır. Bu ölkələr qrupunda əsas tərəfdaşlar ABŞ (12%), Sinqapur (12%), Çin (9%) və Gürcüstandır (9%).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır