Azər-Türk Bank 3 əmanət növü üzrə faizləri dəyişib. Dəyişikliklər xarici valyutada qəbul ediləcək əmanətlərdə baş verib.
Belə ki, 12 aylıq “Standart” əmanətində dollarda faiz dərəcələri aylıq ödəniş zamanı 0.4%, müddətin sonunda isə 0.5% təşkil edib. Əvvəl isə bu əmanət növündə faiz dərəcələri 2% və 2.5% təşkil edirdi.
Həmçinin artıq avro ilə “Standart” əmanəti yerləşdirmək mümkün deyil.
Əlavə olaraq, 10 illik “Gold” əmanətində isə dollarda illik faiz dərəcəsi 7%-dən 3.5%-ə endirilib.
Bundan əlavə, 36 aylıq “Premium” əmanətində dollarda faiz dərəcələri aylıq ödəniş zamanı 0.9%, müddətin sonunda isə 1.0% təşkil edib. Əvvəl isə bu əmanət növündə faiz dərəcələri 3% və 3.5% təşkil edirdi.