Azər Türk Bank bu ay 22 yaşını qeyd edir. Bu münasibətlə 22 gün , yəni 11 iyul – 1 avqust tarixlərində Azər Türk Bank endirim kampaniyası elan edib.
Həmin kampaniyaya 22 gün MasterCard biznes və debit kartlarına sahib fiziki şəxs müştəriləri üçün illik xidmət haqlarına ən az 22% endirim, depozit qutusu icarəyə götürən müştərlərinin edəcəyi aylıq və ya illik ödənişlərinə 22% endirim, İyul ayında doğulanlara 1 illik MasterCard Standart kart hədiyyə (AZN/USD/EUR), bankın müştəriləri olmaq istəyənlər üçün cari hesabların pulsuz açılması, POS – terminallar üzrə təyin edilmiş aylıq minimum komissya haqqı ödənişinin (30 AZN) 6 ay müddətinə ləğv edilməsi, minimal məbləği 2 200 AZN əmanət yerləşdirən müştərilərinə depozit qutularının 2 aylıq pulsuz təklif edolməsi kimi təkliflər daxildir.