“Azər Türk Bank” ASC-nın idarə heyətinə yeni təyinat edilib

Azər Türk Bankın mətbuat xidmətindən verilən xəbərə görə, İslam Musayev Bankın idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. İ. Musayev bundan öncə Azərbaycan Beynəlxalq Bankında 2005-ci ildən müxtəlif vəzifələrdə çalışıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır