“Azər Türk Bank” “Bakı Şopinq Festivalı”nın müvəkkil bankıdır

Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı “Azər Türk Bank” növbəti “Bakı Şopinq Festivalı”nın əsas sponsoru qismində çıxış edir. “Azər Türk Bank” həmçinin, festivalın müvəkkil banklarından biridir.

Bununla əlaqədar, Bankın 28 may küçəsində, “28 Mall” ticarət mərkəzinə yaxın ərazidə yerləşən “Bakı” filialı  həftənin bütün günləri saat 09:30-dan saat 22:00-a kimi müştərilərə xidmət göstərir. Vətəndaşlar festivalın qaydalarına uyğun olaraq ƏDV-ni buradan, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına  köçürmə ilə geri ala biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır