Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn tədbirlərdən biri də Bakıda şopinq festivallarının təşkilidir.
İldə iki dəfə təşkil edilməsi nəzərdə tutulan “Bakı Ticarət Festivalı” (“Baku Shopping Festival”) bu dəfə oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək. Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank bu tədbirin ərsəyə gəlməsində də rəsmi tərəfdaş qismində çıxış edir. Bundan əlavə Azər Türk Bank, həmçinin Festivalın müvəkkil banklarından biridir. Vətəndaşlar Festivalın mağazalarında 100 AZN-dan çox məbləğdə alış-verişin müvafiq qaydalarına uyğun olaraq ƏDV-nin müəyyən qismini bankımızın baş ofis, filial və şöbələri vasitəsilə, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına köçürmə ilə geri ala biləcəklər.