“Azər Türk Bank” ipoteka kreditlərinin faiz dərəcəsini endirib

“Azər Türk Bank” müştərilərinə müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif edir.

Hazırda Bank “Azərbaycan İpoteka Fondu”nun xətti ilə ayrılmış adi ipoteka kreditinin illik faiz dərəcəsini endirərək, Bankın əmək haqqı kartı sahibi olan müştəriləri üçün 7% səviyyəsində müəyyənləşdirib.

Kreditin maksimal məbləği 150 000 manat, müddəti 25 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır