“Azər Türk Bank”, Həyat Fondu və Beat Group şirkətinin birgə tərəfdaşlığı ilə 23 dekabr tarixindən etibarən Bakıda “Möcüzə var” adlı xeyriyyə aksiyası başlayıb.
Təşkilatçılar yanvarın 14-ə kimi, hər həftənin şənbə və bazar günləri bakılıları və şəhərimizin qonaqlarını Gənclik Mall ticarət mərkəzinə, tanınmış sənətçilərin konserti ilə müşayiət olunan xeyriyyə tədbirinə dəvət edirlər. Bundan əlavə, xeyriyyə məqsədi ilə, 28 Mall, Port Baku Mall, “Bravo” supermarketləri, CinemaPlus zallarında və Beat Group restoranlarında ianə vermək istəyi olan müştərilər üçün şərait yaradılıb.
Toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.