“Azər Türk Bank” sığortasız kredit təklif edir

“Azər Türk Bank” hamı üçün sığortasız “İstehlak” krediti təklif edir. 

Müştərilər öz gəlirlərini təsdiqləməklə bu kredit növündən 36 aylıq müddətinə faydalana bilərlər. Kreditin maksimal məbləği 15 000 AZN-dəkdir. İllik faiz dərəcəsi AZN üçün 26-29%, USD üçün isə 15-18% təşkil edir.

Müştərilər Bankın bu kredit növündən başqa əmək haqqı müştəirləri üçün Korporativ kredit, “Madame Coco” və “Decoria” mağazalarından alış-veriş etmək istəyənlər üçün zaminsiz kredit, yalnız şəxsiyyət vəsiqəsilə Əmanət qarşılığında kredit, İpoteka krediti və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır