Azər Türk Bank “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Bakıda yerləşən uşaq evlərinin sakinlərini şəhərin ən böyük kinoteatrına dəvət edib. Balaca tamaşaçılar burada Kanada istehsalı olan və ilk dəfə Azərbaycan dilində Murad Dadaşov, Cabir İmanov, Sənubər İsgəndərli, Hüsniyyə Məhərrəmova və başqa məşhur aktyorlar tərəfindən səsləndirilən “Spark” cizgi filminə baxıb.
Qeyd edək ki, Azər Türk Bank uşaqların sevincinə xüsusilə sevinc qatmaq üçün dünyaca məşhur olan bu filmin dilimizə dublaj olunması işinə sponsorluq edib və 1 iyun günündə balaca qəhrəmanlar üçün cizgi filmin ana dilimizdə nümayişinə öz dəstəyini verib.