“Azər Türk Bank”da kartla əməliyyatların dövriyyəsi 135% artıb

Azər Türk Bank mətbuat xidmətindən verilən məlumata görə, ötən il ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 599 min əməliyyat həyata keçirmişlər. Kartla əməliyyatların dövriyyəsi 120 milyon manatdan artıq olmuşdur. Məlumatda qeyd edilir ki, bu göstəricilər, 2015-ci illə müqayisədə, müvafiq olaraq, 96% və 135% çoxdur. VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin üzvü olan Azər Türk Bank plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Hazırda Bankın 27 960 plastik kart müştərisi vardır ki, bu da 2015-ci illə müqayisədə 54 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır