İyunun 19-da “Azər Türk Bank” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaqda yeni təyinat olub. Belə ki, Orxan Ziyad oğlu Hüseynov “Azər-Türk Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Orxan Hüseynov indiyə qədər bankın İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edib.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.