“Azər Türk Bank” yeni zaminsiz kredit kampaniyası təqdim edir

Dövlət bankı “Azər Türk Bank” yeni “Gül kimi” adlanan marketinq konsepsiyası çərçivəsində müştərilərinə növbəti kampaniyasını təqdim edir. Belə ki, 14 sentyabr tarixindən başlayaraq “Madame Coco” və “Dekoria” mağazalarında alış-veriş edənlərə bank millli valyutada, sərfəli faizlə, zaminsiz kredit təklif edir.

Müştərinin arzusu ilə 3 aydan 2 ilədək müddətə “Azər Türk Bank”ın “Mərkəz” filialında rəsmiləşdiriləcək kreditin məbləği 300-5000 manat arası dəyişə bilər.

Qeyd edək ki, rəsmi gəliri olan hər bir müştəri alacağı malın ödənişi üçün kredit əldə etmək istəyini mağaza menecerlərinə bildirməyi kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır