Azər Türk Bank’ın mətbuat xidmətindən aldığımız məlumata görə, 01 yanvar 2017-ci il tarixinə Bankın aktivləri 475 794 min manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 150 162 min manat təşkil etmişdir. Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon manat artaraq, 57,6 milyon manata çatmışdır.
Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,07 faiz, kapitalın gəlirliliyi (ROE) 15,39 faiz təşkil etmişdir.
Məlumatda qeyd edilir ki, ötən il ərzində Bank 267 976 min manat həcmində depozit cəlb etmişdir ki, bunun da 135 954 min manatı əhalinin əmanətləridir.
Ümumi gəlirlər 47 365 min, xərclər 37 773 мин manat təşkil etmiş, bankın xalis mənfəəti 7,4 milyon manata yaxın olmuşdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Bankın Adı | Azər Türk Bank | ||||
Göstərici | 01.01.2016 | 01.01.2017 min AZN | |||
AKTIVLƏR (ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla) |
671,881.96 | 475,794.22 | |||
KREDITLƏR (ehtimal olunan zərərlər üçün ehtiyat və banklararası kreditlər çıxılmaqla ), о cümlədən |
408,860.26
|
150,162.16
|
|||
İSTEHLAK KREDİTLƏRİ |
30,980.18 | 31,453.12 | |||
ÖHDƏLİKLƏR (cəmi bank öhdəlikləri ) |
619,064.68 | 414,903.58 | |||
DEPOZİTLƏR (bankların və digər maliyyə təşkilatlarının depozitləri çıxılmaqla), о cümlədən |
242,959.90 | 267,976.60 | |||
ƏHALİNİN ƏMANƏTLƏRİ о cümlədən |
176,714.16 | 135,954.29 | |||
Tələb olunanadək |
70,082.70 | 64,802.83 | |||
Мüddətli |
106,631.46
|
71,151.46 | |||
MƏCMU KAPİTAL, о cümlədən |
50,891.36
|
57,683.82 | |||
NİZAMNAMƏ KAPİTALI |
50,000.00 | 50,000.00 | |||
XALİS MƏNFƏƏT (vergilər çıxıldıqdan sonra)/ (ZƏRƏR) |
-4,631.43
|
7, 337. 82 | |||
AKTIV PLASTIK KARTLARIN SAYI
|
16,445 | 27,960 | |||
FƏALIYYƏT GÖSTƏRƏN BANKOMATLARIN SAYI
|
12 | 16 | |||
FƏALIYYƏT GÖSTƏRƏN POS-TERMINALLARIN SAYI
|
48 | 130 | |||
FİLİALLARIN SAYI |
7 | 11 | |||
RоА |
– | 1.07% | |||
RоЕ |
– | 15.39% | |||
Gəlirlər |
25,923.19
|
47,365.07
|
|||
Xərclər |
30,554.62
|
37,773.31
|
|||
İşçilərin sayı | 313 | 382 | |||