Azər Türk Bankın mətbuat xidməti bildirir ki, 31 mart 2017-ci il tarixinə Bankın aktivləri 291 468 min manat səviyyəsində olub. Kredit portfelinin həcmi 139,8 milyon manat təşkil edib. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 776 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 30,87 faiz səviyyəsindədir.
Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,10 faiz, kapitalın gəlirliliyi (ROE) 7,24 faiz təşkil edib.
Ümumi gəlirlər 7 milyon 493 min manat, xərclər 6,4 milyon manat təşkil edib, bankın xalis mənfəəti 1,064 milyon manatdan çox olub. Bankın depozit potfeli 191,9 milyon manat həcmindədir.
Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.