Azər Türk Bankın 30 iyun 2017-ci il tarixinə aktivləri 311 623 min manat səviyyəsində olub. Kredit portfelinin həcmi 126,7 milyon manat təşkil edib. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 811 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 40,84 % səviyyəsindədir.
Ümumi gəlirlər 12 544 min manat, xərclər 11,1 milyon manat təşkil edib, bankın xalis mənfəəti 1 430 min manatdan çox olub.
Bankın depozit portfeli 206,3 milyon manat həcmindədir.
Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 %-i Azərbaycana məxsusdur.