Azər Türk Bankın müştəriləri banka getmədən ödəniş edəcək

Azər Türk Bank müştəriləri kredit ödənişlərini və kart hesablarına mədaxilləri Banka yaxınlaşmadan MilliÖn ödəniş terminalları vasitəsilə həyata keçirə biləcək. Komtec LTD şirkəti ilə bağlanmış müqaviləyə əsasən, inteqrasiya işləri qısa zamanda yekunlaşıb və 4 may tarixindən etibarən, 24/7 rejimdə işləyən, müxtəlif yerlərdə, o cümlədən bir çox ticarət və xidmət obyektlərində qoyulmuş terminallarda ödənişləri yerinə yetirmək mümkün olacaq. Terminal vasitəsilə edilən ödənişlər zamanı müştərilərdən heç bir əlavə komissiya tutulmayacaq.

Qeyd edək ki. ödənişlər AZN, USD və EUR valyutalı hesablara mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır