“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin iyunun 19-da saat 11:00-da səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Ernest & Young” şirkətinin “Azər Türk Bank” ASC-nin 2016-cı il üzrə fəaliyyətinə dair maliyyə hesabatının təsdiqi, bankın 2016-cı ilin mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini, bankın İdarə Heyəti sədrinin təyin edilməsi haqqında, bankın Müşahidə Şurasının Əsasnaməsinə dəyişiklik edilməsi haqqında, İdarə Heyətinin Əsasnaməsinə dəyişiklik edilməsi haqqında, Audit Komitəsinin Əsasnaməsinə dəyişiklik edilməsi haqqında məsələlər daxildir.
Qeyd edək ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında yerləşən inzibati binasında keçiriləcək.