16 oktyabr 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək.
Tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.
Tədbir 16 oktyabr tarixində saat 09:30-dan etibarən “Bakı Biznes Mərkəzi”ndə keçiriləcək.
Tədbirdə iştirak haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.