8 iyun 2017-ci il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Azərbaycan-Avropa İttifaqı Biznes Forumu keçiriləcək.
Biznes foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avropa şirkətlərinin qatılacağı gözlənilir. Tədbir “Abşeron Marriott” mehmanxanasında baş tutacaq.