Oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib.
BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.
Belə ki , AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, Azərbaycanın xarici ölkələrdə Ticarət evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammondun rəhbərlik etdiyi qurumun fəaliyyəti, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Avstraliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Nizami Cəfərov iştirakçıları palatanın iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb.
Sonra AZPROMO-nun əməkdaşı Məhəmməd Xələfovun Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.