Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb. Bununla Azərbaycan BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunacaq.

Azərbaycanın siyasi qərarların qəbulunda iştirak hüququ qazanması beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında Azərbaycanın yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır