Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872.0 milyon manat təşkil edib.
Sektorun balans kapitalı 2,836.5 milyon manatdır. Əhalinin əmanətləri 6,834.1 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, ATM-lərin sayı 2,505-dir.