5 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva ilə görüşüb.
Görüş zamanı Assosiasiyalar arası əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər müzakirə edilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.