Bundan sonra da Azərbaycanda “American Express” kartı əldə etmək istəyən müştərilər bu istəklərini yalnız Azərbaycan Beynəlxalq Bankı ilə reallaşdıra biləcəklər.
BBN.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən nüfuzlu bankları ilə əməkdaşlıq edən “American Express” beynəlxalq kart təşkilatı ilə 6 il müddətinə yeni eksklüziv tərəfdaşlıq müqaviləsi imzalayıb.
İndiyə qədər ölkədə bu ödəniş sisteminin ilk və yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı ilə “American Express”in tərəfdaşlıq münasibətləri 2007-ci ildən davam edir. Həmin il bank “American Express” kartlarına ekvayrinq xidməti göstərməyə başlayıb. Bir il sonra isə Azərbaycan Beynəlxalq Bankı eksklüziv olaraq “American Express” Green, “American Express” Gold, 2010-cu ildən isə “American Express” Platinum kartlarını öz dəyərli müştərilərinə təqdim edib. Hazırda bankın xidmət şəbəkəsinə daxil olan bütün ATM və POS terminallarda və eyni zamanda Bankla ekvayrinq üzrə sponsorluq razılaşması mövcud olan digər yerli bankların POS terminal şəbəkəsində “American Express” kartlarından istifadə etmək olar.
Qeyd edək ki,yeni eksklüziv tərəfdaşlıq müqaviləsinin imzalanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı xüsusi kampaniya keçirəcək. 2019-cu ilin 11 yanvar – 31 yanvar tarixlərində istənilən şəxs valyutasına uyğun olaraq kart hesablarına 100 manat və ya 100 ABŞ dolları vəsait yerləşdirməklə 1 illik debet rejimli “American Express Green” kartlarını pulsuz əldə edə biləcək. Bundan əlavə, həmin kartı əldə edən müştərilərə “Mastercard Standard” kartı hədiyyə olaraq təqdim ediləcək. Kampaniyanın üstünlükləri bununla da tamamlanmır. Belə ki, kampaniya çərçivəsində sözügedən kartı əldə edən müştərilər avtomatik olaraq Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “Qayğıkeş” klubunun üzvünə çevriləcəklər.