Azərbaycan Beynəlxalq Bankı depozitlər üzrə faiz dərəcəsini artırıb

Azərbaycan Beynəlxalq Bankının depozit şərtləri müştərilər üçün daha da sərfəli olub. İndi manatla depozitləri Azərbaycan Beynəlxalq Bankında 13%-ə qədər illik faiz dərəcəsi ilə yerləşdirmək olar. Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı bu ilin əvvəlindən ABŞ dolları ilə depozitlər üzrə faiz dərəcəsini də 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur. Ətraflı: https://www.ibar.az/fiziki-sexslere/emanetler-uzre-faiz-dereceleri/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır