Azərbaycan Beynəlxalq Bankı 5 oktyabr “Müəllimlər günü” münasibətilə təhsil işçiləri üçün özəl kampaniyaya başlayıb. Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı kartına sahib hər bir təhsil işçisi 3 oktyabr tarixindən 16 oktyabr tarixinə qədər davam edəcək bu kampaniya çərçivəsində nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri kredit məbləğinin 15.000 manatadək; kredit müddətinin 36 ayadək; illik faiz dərəcəsinin 2% endirimlə, 25%-dən başlayaraq olmasıdır.
Nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.