“Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankında adi ipoteka kreditlərinin şərtləri asanlaşıb.
Kreditlərin illik faiz dərəcəsi 7%-ə, ilkin ödəniş şərti isə 20%-ə qədər azaldılıb. İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimal məbləği 150.000 manat, müddəti 25 ildir.