Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirməyin indi daha bir üstünlüyü də var. Banka depozit yerləşdirən hər bir müştəriyə faizlərin alınması üçün bank tərəfindən VISA Classic, yaxud MasterCard Standard ödəniş kartı hədiyyə edilir. Bu kartlarla online alış-veriş etmək, respublika ərazisində və xarici ölkələrdə müxtəlif ödənişlər aparmaq, eləcə də bir çox elektron bank xidmətlərindən faydalanmaq olar. Üstəlik, bu kartlarla faiz gəlirlərini nağdlaşdıran zaman müştəridən heç bir komisyon haqq tutulmur.
Bank müştəriyə depozitinin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradır və bu məqsədlə əlavə olaraq VISA Gold, MasterCard Gold, VISA Platinum, MasterCard Platinum, American Express Green, VISA PrimeCard Gold, VISA PrimeCard Platinum, American Express Gold, VISA İnfinite, MasterCard WorldElite, American Express Platinum kartlarından hər hansı biri hədiyyə verilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı manat depozitlərinin illik faizini 13%-ə qədər, ABŞ dolları ilə olan depozitlərin faizini 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur.
Ətraflı: https://www.ibar.az/az/individual/deposits/classic-deposit/