Azərbaycan “Beynəlxalq Enerji Xartiyası” konfransında təmsil olunacaq

28-29 noyabr 2017-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı keçiriləcək.

Tədbirdə Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Konfrans çərçivəsində “Davamlı enerji gələcəyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün investisiyaların təşviqi” mövzusunda nazirlərin görüşü də nəzərdə tutulub.

Aşqabad konfransında Beynəlxalq Enerji Xartiyasının çərçivəsində əməkdaşlıq, davamlı enerjinin təminatı, enerji nəqli marşrutlarının təhlükəsizliyi və diversifikasiyası kimi məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, 28-ci konfransın yekun sənədi kimi “Bəyannamə”nin qəbulu planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır