“Azərbaycan hökümətinin nümayəndələri Beynəlxalq Valyuta Fondunun (BFV) kreditinə maraq göstərmədilər”.
BBN.az xəbər verir ki, bu sözləri Fondun Orta Şərq və Mərkəzi Asiya üzrə direktoru Cihad Azur Bakıda keçirilən mətbuat konfransında bildirib.
Həmçinin o, əlavə edib ki, Azərbaycan höküməti tərəfindən müraciət edilmədiyi halda ölkəyə Fond tərəfindən gələcək dövrdə borc verilməsi planlaşdırılmır.
Hazırda BVF-nun Azərbaycanla iki sahədə əməkdaşlıq etdiyini bildirən (İqtisadi siyasət üzrə məsləhətlərin verilməsi və bəzi dövlət orqanlarına texniki yardımın göstərilməsi) C.Azur vurğulayıb ki, biz Azərbaycana dövlət xərclərinin azaltmağı və tədiyyə balansında kəsrə yol verməməyi tövsiyə edirik.
Həmçinin C.Azur bildirib ki, Azərbaycanda və neft ixracatçısı olan digər postsovet ölkələrində iki rəqəmli inflyasiyanın olacağını gözləyir.